Cənubi Koreyanın Pohanq şəhərində hərbi təyyarə qəzaya uğrayıb.
Olaylar.az xəbər verir ki, bu barədə "Yonhap" agentliyi məlumat yayıb.
Məlumata görə, hadisə yerli vaxtla 13:52 (Bakı vaxtı ilə 08:52) radələrində baş verib.
Təyyarədə 4 nəfərin olduğu bildirilir.
Hadisənin səbəbləri araşdırılır.