Vulin: Serbiyadakı çətinliklərin səbəbi Qərbin və xüsusi xidmət orqanlarının müdaxiləsidir- ÖZƏL
29 May 11:21 DünyaOlaylar.az xəbər verir ki, Serbiyanın keçmiş baş nazir müavini, Bosniya və Herseqovinadakı Serb Respublikası senatı üzvü Aleksandar Vulin Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu ilə görüşündə Serbiyadakı çətinliklərin əsas səbəbinin Qərb ölkələri və onların xüsusi xidmət orqanlarının gündəlik həyata müdaxiləsi olduğunu bildirib.
"Serbiyadakı vəziyyət doğrudan da çətindir və bu çətinlik ilk növbədə Qərb dövlətləri və xüsusi xidmət orqanlarının Serbiyanın gündəlik həyatına müdaxiləsi ilə bağlıdır", - deyə Vulin vurğulayıb.
O, həmçinin bildirib ki, Serbiya üçün Moskvada faşizm üzərində Qələbənin 80 illiyinə həsr olunmuş tədbirlərdə iştirak etmək böyük şərəf və məmnuniyyət olub.
"Yalnız biz - serblər və ruslar - 9 Mayı Qələbə Günü kimi qeyd edirik, digərləri isə onu Avropa Günü adlandırır. Ola bilsin ki, bu, məğlub olanlar üçündür, amma bizim ölkələr qalibdir. İndi də, əvvəlki kimi - biz qalibik", - deyə Vulin bildirib.
Vulin, Şoyqunu "Serbiyanın səmimi dostu" adlandıraraq, onun hər zaman Serbiyanın yanında olduğunu və Serbiya barədə düşündüyünü qeyd edib: "Buna görə sizə sonsuz təşəkkür edirəm", - deyə sabiq hökumət rəsmisi Şoyquya müraciət edib.