Cənubi Koreyada P-3C təyyarələrinin həddindən artıq istifadəyə dair narahatlıq artır- ÖZƏL
29 May 11:14 DünyaCənubi Koreyada P-3C tipli hərbi patrul təyyarələrinin həddindən artıq istifadə olunması ilə bağlı ictimaiyyət arasında narahatlıq artır. Olaylar.az xəbər verir ki, bu barədə "Yonhap" agentliyi məlumat yayıb.
Məlumata görə, 29 may tarixində Pxoxan şəhərində Cənubi Koreya Hərbi Dəniz Qüvvələrinə məxsus P-3C təyyarəsinin qəzaya uğramasından sonra bu məsələ yenidən gündəmə gəlib. Təyyarədə ilkin məlumatlara əsasən dörd nəfər heyət üzvü olub.
Cənubi Koreya bu patrul təyyarələrini ilk dəfə 1995-ci ildə alaraq istifadəyə verib. Həmin vaxt ölkəyə səkkiz ədəd P-3C təyyarəsi gətirilmişdi. Bu təyyarələrin əsas funksiyalarından biri sualtı qayıqlara qarşı mübarizə aparmaqdır.
Ümumilikdə, Cənubi Koreya müxtəlif modifikasiyalar daxil olmaqla 16 ədəd P-3C təyyarəsinə sahib olub. Lakin bu sayın ölkənin üç müxtəlif istiqamətdə - Sarı dəniz, Yapon dənizi və Koreya yarımadasının cənubunda yerləşən sularda patrul fəaliyyətini təmin etmək üçün kifayət etmədiyi, bu səbəbdən təyyarələrin normadan artıq istifadə edildiyi bildirilir.
Müqayisə üçün qeyd edilir ki, qonşu Yaponiyada 102 ədəd P-3C tipli təyyarə mövcuddur.