Tramp: “Putin bizi aldadırsa, fərqli reaksiya verəcəyik” – ÖZƏL

Olaylar.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp bildirib ki, Ukrayna müharibəsinin dayandırılması ilə bağlı danışıqlarda Vaşinqtonun gələcək taktikası 1,5-2 həftə ərzində müəyyən olunacaq və bu, əsasən Rusiyanın davranışından asılı olacaq. "İki həftə ərzində Putin bizi aldadır, ya yox - deyə biləcəyəm. Əgər belədirsə, fərqli reaksiya verəcəyik", - deyə o, qeyd edib.

Tramp, Rusiya ilə danışıqlarda iştirak edən Vitkoffun "fenomenal iş" gördüyünü, lakin hələ heç bir razılaşmanın imzalanmadığını bildirib. O, eyni zamanda, Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşə hazır olduğunu açıqlayıb.

Tramp Rusiyanın son günlər Ukraynanın dinc şəhərlərinə kütləvi hücumlarını pisləyib, ölənlər arasında uşaqların da olduğunu bildirib və Putin üçün "çox məyus olduğunu" vurğulayıb. Mayın 25-də Rusiya 300 dron və 70 raketlə, mayın 26-da isə 355 dron və 9 raketlə Ukraynanın mülki infrastrukturuna hücum edib.

Bu hücumlar fonunda Trampın ritorikası sərtləşib. O, Putini "dəli" adlandırıb və əgər Rusiya müharibəni dayandırmasa, onu "fəlakət"in gözlədiyini bildirib. Yeni sanksiyaların isə mümkün razılaşmanı pozmamaq üçün hələlik tətbiq olunmadığını deyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31