Mask Ağ Evi tərk edir

Amerikalı milyarder İlon Mask ABŞ Prezidenti Donald Tramp administrasiyası yanında xüsusi dövlət əməkdaşı olaraq tutduğu postu tərk edir.

Olaylar.az xəbər verir ki, İ.Mask bu barədə məlumatı "X" hesabında açıqlayıb. 

Onun sözlərinə görə, xüsusi dövlət əməkdaşı olaraq səlahiyyət müddəti başa çatır: "Prezident Donald Trampa israf xarakterli xərcləri azaltmağa imkan yaratdığı üçün təşəkkür etmək istəyirəm".

Bununla yanaşı, o, rəhbərlik etdiyi Dövlət İdarəetməsinin Səmərəliliyi Departamentinin (DOGE) missiyasının gələcəkdə güclənəcəyinə ümid bəslədiyini vurğulayıb. 

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp "DOGE"ni yanvar ayında təsis edib və amerikalı milyarder İlon Mask ona rəhbər təyin olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31