ABŞ Çinlə texnologiya ticarətinə məhdudiyyətlər tətbiq edib – ÖZƏL
29 May 10:23 DünyaABŞ prezidenti Donald Trampın administrasiyası Çinlə bağlı müəyyən texnologiyaların satışını dayandırıb.
Olaylar.az xəbər verir ki, bu barədə The New York Times qəzeti mənbələrə istinadən məlumat yayıb.
Nəşrin yazdığına görə, qərar reaktiv mühərriklər, yarımkeçiricilər və kimyəvi maddələrlə bağlı Amerika texnologiyalarının Çinə ixracına şamil olunur. Qəzet bildirir ki, Vaşinqton bu addımı Pekinin aprel ayında ABŞ-yə kritik mineralların ixracını məhdudlaşdırmasından sonra atıb.
ABŞ Ticarət Nazirliyi həmçinin Amerika şirkətlərinin Çin Dövlət Aviasiya Korporasiyası (Comac) ilə məhsul və texnologiya ticarətinə imkan verən bir sıra lisenziyaları da dayandırıb. Qeyd edək ki, Comac şirkəti Çinin C919 sərnişin təyyarəsini hazırlayan qurumdur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31