İranın cənubunda 5,2 maqnitudalı zəlzələ qeydə alınıb.
Olaylar.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.
Zəlzələnin episentri İranın Safedkuh şəhərindən 124 kilometr cənub-şərqdə yerləşib.
Yeraltı təkanlar 10 kilometr dərinlikdə qeydə alınıb.
Xəsarət alan və dağıntılar haqqında məlumat verilməyib.