Zaxarova Aİ liderlərinin adekvatlığı ilə bağlı istehza etdi - ÖZƏL

Olaylar.az xəbər verir ki, Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı jurnalistin Avropa İttifaqı liderlərinin adekvatlığı ilə bağlı sualını şərh edib. İstehzalı şəkildə bildirib ki, bu mövzu barədə ictimaiyyət qarşısında istədiyi kimi danışa bilməz.

"Gözləri olan görsün, qulaqları olan eşitsin", - deyə Zaxarova bildirib və əlavə edib ki, hər kəs baş verənləri özü müşahidə edib nəticə çıxara bilər. Onun sözlərinə görə, Avropa siyasətçilərinin əməlləri artıq uzun müddətdir ki, "böyük yalanlarla müşayiət olunur".

Zaxarova misal kimi Almaniya kansleri, Fransa prezidenti və Britaniya baş nazirinin Kiyevdən qayıdarkən qatarda yanında olan "ağ paket"lə bağlı insidenti xatırladıb. Onun sözlərinə görə, Qərb tərəfi bu hadisəyə aydınlıq gətirmək əvəzinə, başqalarını saxta məlumat yaymaqda ittiham edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31