Hindistan Türkiyədən üz çevirərək Yunanıstana sərmayə yatırmağa başlayır— ÖZƏL
27 May 16:38 DünyaOlaylar.az xəbər verir ki, Hindistan, Türkiyənin Pakistanla hərbi-sənaye sahəsində əməkdaşlığını genişləndirməsindən sonra geosiyasi baxışlarını Yunanıstana yönəldib. Yeni Delhi Yunanıstanda müdafiə sənayesi, limanlar, turizm və əmək bazarı sahələrində strateji sərmayə imkanlarını araşdırır.Bu həftə Hindistan parlamentinin çoxpartiyalı nümayəndə heyətinin Afinaya səfəri iki ölkə arasında siyasi münasibətlərin yüksək səviyyədə olduğunu göstərir. Hindistan xüsusilə Yunanıstanın aviasiya sənayesinə və müdafiə sistemlərinə maraq göstərir. Rəsmi məlumatlara görə, bu təşəbbüs Yunanıstanın İsraillə hərbi saziş imzalamasından sonra sürətlənib.Eyni zamanda Hindistan şirkətləri Yunanıstan hökuməti ilə ilkin təmaslara başlayıb. Hindistanın diqqətində olan digər sahələr isə Yunanıstanın limanları və turizm sektoru olub. Bu kontekstdə Saloniki limanı, Pirey limanına alternativ strateji mərkəz kimi qiymətləndirilir. Bu da ABŞ-ın dəstəklədiyi Hindistan-Yaxın Şərq-Avropa iqtisadi dəhlizi çərçivəsində Çinin Avropa infrastrukturundakı təsirini balanslaşdırmaq məqsədi daşıyır.
Gülxanım Əliyeva