Lavrov: Fransa Rusiyaya qarşı müharibə aparır – ÖZƏL

Rusiya xarici işlər naziri Sergey Lavrov Fransa xarici işlər naziri Jan-Noel Barro tərəfindən səsləndirilən, "Fransanın Rusiya ilə müharibə aparmadığı" barədə bəyanatları yalan adlandırıb. 

Olaylar.az xəbər verir ki, Lavrov bu fikirləri keçirdiyi mətbuat konfransında səsləndirib.

"Fransanın xarici işlər naziri cənab Barro - yəqin ki, dünənki mətbuat konfransında fransız həvəsi ilə - Fransanın nə Rusiya xalqı ilə, nə də Rusiya ilə müharibə aparmadığını, Ukraynanın suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə, eləcə də onun silahlı qüvvələrinə töhfə verdiyini bəyan etdi. Bu, yalandır," - deyə Lavrov bildirib.

Onun sözlərinə görə, Fransa faktiki olaraq Rusiyaya qarşı müharibə aparır, çünki Fransanın uzaqmənzilli raketləri Ukraynadakı "nasi rejimi" tərəfindən Rusiya ərazisində, xüsusilə mülki obyektlərə qarşı istifadə olunur.

Bu kontekstdə Lavrov fransalı həmkarına ölkənin azadlıqsevər siyasətçilərinin tarixi şüarını - "Azadlıq, bərabərlik, qardaşlıq" - xatırlatmağı tövsiyə edib. "Bu, həmçinin Fransanın dünyanın hər yerində təşviq etdiyi insan haqları ideyasını da əhatə edir - yalnız Ukrayna münaqişəsi istisna olmaqla," - deyə Lavrov əlavə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31