Husilər İsrailə hipersəs raketi ilə hücum etdi

Husilər İsraildəki iki hədəfi, o cümlədən Təl-Əvivin Ben Qurion hava limanını iki ballistik raketlə vurub.

Olaylar.az xəbər verir ki, bu barədə husilərin nümayəndəsi Yəhya Səriya deyb.

"Raket qüvvələri iki ballistik raketdən istifadə edərək hərbi əməliyyat keçirib, əməliyyat zamanı "Fələstin 2" hipersəs raketi ilə Təl-Əvivdəki Ben Qurion hava limanına hücum olunub", - Səriya bildirib.

Onun sözlərinə görə, husilər həmçinin Təl-Əvivin şərqindəki əhəmiyyətli hədəfi "Zülfüqar" raketi ilə vurublar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31