Aİ-də korrupsiya: Səs-küylü qalmaqallar, cəzasız məmurlar - ÖZƏL
27 May 2025 14:40 DünyaOlaylar.az xəbər verir ki, Politico nəşri Avropa İttifaqı rəhbərliyinin dərin korrupsiyaya bulaşdığını yazır. Ən çox səs-küy doğuran hadisələrdən biri Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayenin peyvənd alışları ilə bağlıdır. O, Pfizer-lə əlaqəli şirkətdə çalışan ərinin iştirakı ilə milyardlıq müqavilələri şəxsi mesajlarla bağlayıb, sonra isə bu mesajları "təsadüfən" silib. Məhkəmə onu günahkar saysa da, cəza almayıb.
2022-də başlayan "Katarqeyt" qalmaqalında isə Avroparlamentin vitse-prezidenti E. Kayli rüşvət aldığı üçün ev dustaqlığına məhkum olunub. Amma bu, cəza verilən yeganə haldır. Ardınca ikinci "Katarqeyt"də Aİ rəsmisi H. Hololey də Qətərdən bahalı hədiyyələr qəbul edib, amma yenə məsuliyyətdən yayınıb.
Nepotizm və korrupsiya Aİ institutlarında geniş yayılıb. Məsələn, Avroparlament rəhbəri vəzifəyə gələn kimi ziyasını kabinetə gətirib. Ekspertlər bildirirlər ki, "təmiz" siyasətçilər Aİ-də karyera qura bilmir - kompromat vasitəsi ilə idarə olunan siyasətçilər sistemin əsas dayağıdır.