Çin Ukraynanın ittihamlarını qətiyyətlə rədd edir – Pekindən açıqlama – ÖZƏL

Çin Ukrayna tərəfinin guya Çin məhsullarının Rusiya hərbi zavodlarına tədarükü ilə bağlı irəli sürdüyü əsassız ittihamları və siyasi manipulyasiyaları qətiyyətlə rədd edir. 

Olaylar.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mao Nin çərşənbə axşamı keçirilən brifinqdə bildirib.

"Çinin Ukrayna məsələsində mövqeyi ardıcıl və aydındır. Biz daim atəşkəsə, müharibənin dayandırılmasına, sülhə və danışıqlar prosesinin irəliləməsinə tərəfdar olmuşuq", - deyə diplomat vurğulayıb.

Mao Nin əlavə edib ki, Çin heç vaxt münaqişə tərəflərindən heç birinə ölümcül silah tədarük etməyib və ikiqat təyinatlı məhsulların ixracına ciddi nəzarət edir.
"Biz əsassız ittihamlar və siyasi spekulyasiyalarla qəti şəkildə razılaşmırıq", - deyə o, Ukrayna Xarici Kəşfiyyat Xidmətinin açıqlamasını şərh edərkən bildirib.

Qeyd edək ki, Kiyev daha əvvəl Çin tərəfindən guya Rusiya müdafiə sənayesinə - o cümlədən 20 hərbi müəssisəyə kimyəvi maddələr, barıt və digər komponentlərin göndərildiyinə dair sübutlara malik olduqlarını iddia etmişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31