Çin ABŞ-dan propan idxalını bərpa etmək istəmir– ÖZƏL

Olaylar.az xəbər verir ki, Çin plastik istehsalında istifadə olunan propanı artıq ABŞ-dan deyil, əsasən Fars körfəzi və Kanadadan alır. ABŞ-la Çin arasında ticarət məhdudiyyətləri azalsa da, Çin şirkətləri Amerika propanını baha və səmərəsiz hesab edirlər.

Ekspertlər bildirirlər ki, ABŞ-dan idxalda 10% tarif tətbiqi nəticəsində Çin zavodlarının mənfəəti çox aşağıdır - cəmi 20 dollar/ton. Bu səbəbdən Çin müəssisələri daha ucuz və sabit təchizat təqdim edən Yaxın Şərq ölkələrinə üstünlük verirlər.

Çin hələ də sıxılmış qaz, xüsusilə etan idxalına ehtiyac duyur, lakin ABŞ məhsulu hələlik rentabelli sayılmır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31