Türkiyə və Rusiya Yaxın Şərq və Afrika məsələlərini müzakirə edəcək- ÖZƏL

Olaylar.az xəbər verir ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan Rusiyaya səfəri çərçivəsində Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşüb. Görüş zamanı iki ölkə arasında regional və qlobal məsələlərin geniş spektri ətrafında müzakirələr aparılacağı bildirilib.
"Ölkələrimiz arasında çoxşaxəli münasibətlər sayəsində biz bir çox regional və qlobal məsələləri müzakirə edə biləcəyik. Enerji və ticarət mövzularına toxunacağıq, həmçinin Yaxın Şərq və Afrika ilə bağlı məsələləri nəzərdən keçirəcəyik", - deyə Hakan Fidan görüş zamanı qeyd edib.
Tərəflər arasında əməkdaşlığın gücləndirilməsi və regional sabitliyin təmin olunması istiqamətində atılacaq addımların da gündəmdə olduğu bildirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31