Zaxarova: Zelenski sülh prosesinə mane olmağa çalışır– ÖZƏL

Olaylar.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, Ukrayna prezidenti Vladimir Zelenski yaranmağa başlayan sülh irəliləyişinə əngəl törətməyə çalışır.

"Zelenski, hər hansısa konstruktiv nəticəyə diqqət yetirmək istəyənləri görmək və ya eşitmək əvəzinə, aqressiv ritorikanı gücləndirir, münaqişənin uzanmasına görə Rusiyanı ittiham edir, guya Rusiyanın sülhə maraqlı olmadığını iddia edir, özü isə hər gün daha çox silah dilənir," - deyə Zaxarova qeyd edib.

Onun sözlərinə görə, Zelenski xarici tərəfdaşlardan Bankova üçün yardımın artırılmasını yalvararaq istəyir: "Hamıya aydındır ki, bu yardımın bir hissəsi mənimsənilir, digər hissəsi isə Ukraynanın öz vətəndaşlarının öldürülməsinə yönəlir".

Zaxarova əlavə edib ki, "Zelenski və onu dəstəkləyənlər bütün bunları sülhə doğru atılan addımları əngəlləmək üçün edirlər. Sülh istəyənlər regiona daha çox və daha ölümcül silah yerləşdirmək planları qurmazlar, İstanbulda atılmış sülh toxumlarının cücərməsinə imkan verməyə bu cür qarşı çıxmazlar".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31