Trampdan Zelenskiyə sərt reaksiya: “Belə bəyanatlar ölkəsinə fayda vermir”— ÖZƏL
27 May 2025 12:36 DünyaOlaylar.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Ukrayna lideri Volodimir Zelenskinin Qərbə ünvanladığı sərt tənqidinə cavab verib. Zelenski Rusiyanın hava hücumları fonunda Qərbin səssizliyini qınayaraq, bu susqunluğun Putini daha da cəsarətləndirdiyini bildirmişdi.Tramp əvvəlcə Rusiya prezidenti Vladimir Putini tənqid etsə də, daha sonra Truth Social platformasında Zelenskinin bəyanatlarını da sərt tənqid edib: "Onun dedikləri yalnız problem yaradır. Bu, mənə xoş deyil və istəyirəm ki, belə fikirlərə son qoysun".Tramp əlavə edib ki, Zelenskinin bu cür bəyanatları Ukraynaya heç bir fayda vermir.Beləliklə, gözlənilən dəstək əvəzinə Tramp, Zelenskinin ritorikasını tənqid edərək, onu vəziyyətdən sui-istifadə etməkdə günahlandırıb.
Gülxanım Əliyeva