Zaxarova: Rusiya sülh memorandumu üzərində işləyir - ÖZƏL
27 May 2025 12:02 DünyaRusiya Federasiyası Ukraynada münaqişənin tənzimlənməsi üzrə memorandum layihəsinin hazırlanması üzərində işi davam etdirir. Olaylar.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə məlumat verib.
"Rusiya gələcək sülh sazişinə dair memorandum layihəsinin hazırlanmasını davam etdirir. Bu layihədə bir sıra mövqelərin müəyyənləşdirilməsi nəzərdə tutulur - məsələn, tənzimləmə prinsipləri, sülh sazişinin imzalanma müddətləri, və razılaşmalara (vurğulayıram, müvafiq razılaşmalara) nail olunacağı təqdirdə müəyyən müddətə atəşkəsin mümkünlüyü", - deyə Zaxarova bildirib.
Nazirliyin nümayəndəsi əlavə edib ki, sənəd tam hazır olduqdan sonra Ukrayna tərəfinə təqdim olunacaq.
Xatırladaq ki, mayın 24-də Rusiya Federasiya Şurasının sədr müavini Konstantin Kosaçev bəyan etmişdi ki, Rusiya yaxın günlərdə Ukraynaya tənzimləmə üzrə memorandum çərçivəsində təşəbbüslərini təqdim etməyi planlaşdırır. Senator qeyd etmişdi ki, sənəd üzərində iş artıq yekun mərhələyə çatıb.