Qonşu ölkədə güclü zəlzələ oldu

İranın Kohgiluyə və Boyer-Əhməd ostanının Dehdəşt şəhərində səhər saatlarında Rixter cədvəli üzrə 4.9 bal gücündə zəlzələ baş verib.

Olaylar.az xəbər verir ki, "Azad İran" "Telegram" kanalı bu barədə İran KİV-ə istinadən xəbər verir.

Məlumata görə, 10 kilometr dərinlikdə meydana gələn zəlzələnin episentrinə yaxın bölgələrə iki Qızıl Aypara qiymətləndirmə qrupu göndərilib. Sözügedən əyalətdəki bütün Qızıl Aypara bazaları həyəcan vəziyyətinə gətirilib.

Hələlik dağıntıların və ya insan itkisinin olub-olmaması bəlli deyil.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31