Niderlanddan Ukraynaya son F-16 jesti: Müharibənin taleyini dəyişəcək göndəriş- ÖZƏL

Niderland Müdafiə Nazirliyi Ukraynaya göndərilməsi vəd edilən 24 ədəd F-16 qırıcısının son partiyasının da təhvil verildiyini açıqlayıb.
Olaylar.az xəbər verir ki, qırıcılar ölkənin cənubundakı Volkel aviabazasından Belçikaya göndərilib və oradan Ukraynaya yola salınacaq.
Təyyarələrin göndərilməsi mərasimində Niderlandın müdafiə naziri Ruben Brekelmans da iştirak edib. Nazir bildirib ki, F-16 qırıcıları Ukrayna üçün həyati əhəmiyyət daşıyır: "F-16-lar Rusiyanın gündəlik hava hücumlarının qarşısını almaqda vacib rol oynayır və Rusiya təcavüzünü dəf etmək imkanı yaradır."
Niderland Müdafiə Nazirliyi əlavə edib ki, F-16-ların təhvil verilməsi ölkənin döyüş təyyarələri koalisiyasında iştirakını dayandırması anlamına gəlmir. Bu koalisiyaya Niderland, Danimarka və ABŞ rəhbərlik edir.
Qeyd edək ki, Ukrayna ilk dəfə oktyabr 2024-cü ildə Niderlanddan F-16 qırıcıları alıb. İkinci partiya isə fevral 2025-ci ildə ölkəyə çatdırılıb. Ukrayna Prezidenti Volodimir Zelenski mart ayında da Niderlanddan əlavə yük partiyası alındığını bildirib və bu faktı Niderland hökumətinin davamlı dəstəyinin sübutu kimi qiymətləndirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31