Avropa Parlamenti deputatından Gürcüstana dəstək mesajı – ÖZƏL

Olaylar.az xəbər verir ki, Avropa Parlamenti deputatı Rasa Yukneviçienė Gürcüstanı Müstəqillik Günü münasibətilə təbrik edib. O, sosial şəbəkə X-də paylaşım edərək bildirib ki, Gürcüstan bu gün də bir əsrdən artıq davam edən eyni mübarizəni davam etdirir.

"Azadlıq, demokratiya və ölkələrinin Avropa gələcəyi üçün mübarizə aparan cəsur gürcülərin yanındayam. Onlar layiq olduqları dəyərləri tələb edirlər," - deyə Yukneviçienė qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31