Peskov: Xarici liderlər Rusiyaya hücum cəhdlərinin şahidi oldular– ÖZƏL

Olaylar.az xəbər verir ki, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Moskvada Qələbə Günü münasibətilə keçirilən tədbirə gələn xarici liderlər Rusiyaya qarşı edilən hücum cəhdlərinin şahidi olublar.

"Biz hamımız Kiyev rejiminin xarici liderlərə Moskvaya gəlməzdən öncə yönəltdiyi təhdidlərin şahidi olduq. Bu təhdidlər açıq şəkildə eşidildi", - deyə Peskov qeyd edib.

Onun sözlərinə görə, bir çox liderlər faktiki olaraq Ukraynadan pilotsuz uçuş aparatları ilə Rusiyaya qarşı edilən hücum cəhdlərini öz gözləri ilə görüblər. Peskov əlavə edib ki, bu cəhdlər davam edir və Rusiya öz təhlükəsizliyini təmin etmək üçün tədbirlər görməyə məcburdur.

"Prezident Putin də məhz buna görə lazımi addımları atır," - deyə o vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31