Kremldən Putin və Fidanın görüşü ilə bağlı yeni AÇIQLAMA

"Rusiya Prezidenti Vladimir Putin bu gün Türkiyənin xarici işlər naziri Hakan Fidanla görüşəcək". 

Olaylar.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov jurnalistlərin suallarını cavablandırarkən deyib.

O, Putinin 26-27 may tarixlərində səfərdən olan Fidanı Kremldə qəbul edəcəyini söyləyib.

Peskov Türkiyə tərəfinin İstanbulda danışıqlar üçün yaratdığı ideal şəraitə görə Moskvanın minnətdar olduğunu bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31