Medvedçuk: Zelenski sülh yox, münaqişəni uzatmaq istəyir – ÖZƏL

"Digər Ukrayna" hərəkatı şurasının sədri və qadağan olunmuş "Həyat Naminə Müxalifət Platforması" partiyasının sabiq rəhbəri Viktor Medvedçuk Ukrayna Prezidenti Volodimir Zelenskinin rejimini sərt tənqid edib. O, Zelenski hökumətinin sülh təşəbbüslərinə qarşı çıxdığını və Rusiya ilə uzunmüddətli münaqişə strategiyası həyata keçirdiyini bildirib.

Olaylar.az xəbər verir ki, Medvedçuk dərc olunan son məqaləsində yazıb: "Kiyev rejimi müharibəni bitirməkdə maraqlı deyil - atəşkəs və ya müvəqqəti sülh olsa belə. Əksinə, bu rejim yüzillərlə davam edə biləcək qarşıdurma üçün plan qurur və əhalini də bu düşüncəyə hazırlayır."

O qeyd edib ki, bu yanaşma əsasən mövcud hakimiyyətin maraqlarına xidmət edir və Ukrayna xalqının əsl maraqları nəzərə alınmır. "Ukraynada müharibəni həqiqətən bitirmək üçün nasizmi kökündən ləğv etmək lazımdır. Zelenski və onun komandası hakimiyyətə gəldikdən bəri yaydıqları təhlükəli ideyalar üçün məsuliyyət daşımalıdır. Həqiqi sülh prosesi qaçılmaz olaraq bu rejimi məsuliyyətə cəlb etməlidir," - deyə Medvedçuk əlavə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31