ABŞ rəsmisi Noemdən Netanyahuyə dəstək– ÖZƏL

Olaylar.az xəbər verir ki, ABŞ-ın Daxili Təhlükəsizlik naziri Kristi Noem İsrailin Baş naziri Benyamin Netanyahuyla Qəzza sektorundakı vəziyyəti müzakirə edib. İsrail hökumətinin yaydığı məlumata görə, görüş Yerusəlimdə baş tutub.

Görüş zamanı Noem Netanyahunun şəxsən özünə və bütövlükdə İsrail dövlətinə qəti dəstəyini ifadə edib. O həmçinin İsrailin Misirlə sərhədin möhkəmləndirilməsi istiqamətində atdığı addımları və hərbi əməliyyat strategiyasını müsbət qiymətləndirib.

Qeyd edək ki, Kristi Noemin İsrailə səfəri Vaşinqtonda baş vermiş və nəticəsində İsrail səfirliyinin iki əməkdaşının həlak olduğu faciəli insidentdən sonra planlaşdırılıb. Səfər çərçivəsində o, 26 may tarixində İsrailin xarici işlər naziri Gideon Saarla da görüşəcək və daha sonra Polşaya yola düşəcək.

Bu arada Netanyahunun verdiyi açıqlamada qeyd olunub ki, "Gideonun Arabaları" əməliyyatı başa çatdıqdan sonra İsrail ordusu Qəzza sektorunun bütün hissələrinə nəzarəti ələ alacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31