ŞƏT: Hindistan və Pakistan arasındakı gərginlik Təşkilatın fəaliyyətinə təsir etməyib- ÖZƏL
26 May 2025 12:54 DünyaHindistan və Pakistan arasında son dövrlərdə yaşanan gərginlik Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) fəaliyyətinə mənfi təsir göstərməyib. Olaylar.az xəbər verir ki, bu barədə təşkilatın baş katibinin müavini Suxeyl Xan məlumat verib.
Onun sözlərinə görə, ŞƏT çərçivəsində bu məsələ müzakirə olunmayıb və üzv ölkələr təşkilat platformasında ikitərəfli münasibətlərlə bağlı problemləri, xüsusilə də mübahisəli Cammu və Kəşmir məsələsini gündəmə gətirmək hüququna malik deyillər.
"ŞƏT çərçivəsində bu məsələ müzakirəyə çıxarılmayıb. Hindistan və Pakistanın təşkilat platformasında ikitərəfli məsələləri qaldırmaq hüququ yoxdur. Xüsusilə Cammu və Kəşmirlə bağlı məsələlər burada yer almır," - deyə Suxeyl Xan bildirib.
O, həmçinin qeyd edib ki, çoxtərəfli əməkdaşlıq istiqamətində fəaliyyətlər davam edir. "Əlbəttə, həm onların, həm də bizim əhval-ruhiyyəmiz bir qədər fərqlidir. Amma bu, sadəcə insani hisslərdir", - deyə ŞƏT rəsmisi əlavə edib.