Polşadan Rusiyaya etiraz notası – “Mednoye” memorialındakı barelyeflər söküldü- ÖZƏL

Polşa Xarici İşlər Nazirliyi Rusiyaya etiraz notası təqdim edib. Buna səbəb Tver vilayətində yerləşən "Mednoye" memorial kompleksindəki Polşa hərbi mükafatlarının təsvir olunduğu barelyeflərin sökülməsi olub. Olaylar.az xəbər verir ki, bu barədə Polşanın xarici işlər naziri Radoslav Sikorski RMF24 radiosunun efirində məlumat verib. Onun sözlərinə görə, "Etiraz notası artıq Rusiyaya təqdim olunub."
Xatırladaq ki, mayın 16-da "Mednoye" memorial kompleksi Polşa hərbi qəbiristanlığında yerləşən barelyeflərin demontaj edildiyini açıqlamışdı. Rusiya hüquq-mühafizə orqanlarının TASS-a verdiyi məlumata görə, həmin barelyeflər polşalılar tərəfindən hazırlanıb və Rusiya qanunvericiliyinin pozulması ilə quraşdırılıb.
Qeyd edək ki, Polşa 2017-ci ildən bəri kommunizm və ya digər totalitar rejimləri simvolizə etdiyini düşündüyü şəxs, təşkilat, hadisə və ya tarixlərə aid olan abidələri sökməyə davam edir. 1997-ci ildə ölkədə sovet əsgərlərinə həsr olunmuş 561 abidə mövcud idi. Rusiya diplomatlarının 2020-ci ilin ortalarından 2021-ci ilin əvvəlinə qədər apardığı yoxlamalara əsasən, bu abidələrdən yalnız 112-si əvvəlki vəziyyətində saxlanılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31