Tramp Rusiyaya qarşı əlavə sanksiyaları istisna etmir— ÖZƏL

Olaylar.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Rusiyaya qarşı yeni sanksiyaların tətbiqini müzakirə etdiklərini bildirib.O, Nyu-Cersidən Vaşinqtona uçarkən jurnalistlərə açıqlamasında qeyd edib: "Moskvanın ünvanına əlavə məhdudiyyətlər tətbiq etmək məsələsini açıq şəkildə nəzərdən keçirirəm."Tramp, həmçinin Rusiyanın Ukraynada son raket hücumlarından narahatlığını ifadə edib.Qeyd edək ki, Ukrayna prezidenti Volodimir Zelenski də Qərb müttəfiqlərini Rusiyaya qarşı təzyiqləri artırmağa və yeni sanksiyalar tətbiq etməyə çağırıb.

Gülxanım Əliyeva

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31