Ukrayna artıq ABŞ üçün prioritet deyil– ÖZƏL
26 May 2025 10:34 DünyaOlaylar.az xəbər verir ki, Britaniyanın nüfuzlu The Economist jurnalı yazır: Ukrayna ABŞ üçün yalnız Co Baydenin prezidentliyi dövründə prioritet idi, lakin indi vəziyyət dəyişib.
Məqalədə bildirilir ki, hazırda Ukrayna ABŞ silahlarını almaq uğrunda yarışan ölkələrdən sadəcə biridir. Xüsusilə qeyd olunur ki, Kiyev rejimi Patriot zenit-raket kompleksini əldə etmək üçün istənilən məbləği ödəməyə hazırdır.
Jurnal vurğulayır ki, Ukraynanın hava hücumundan müdafiə sistemi rus dronlarına qarşı getdikcə daha çətinliklə müqavimət göstərir. Əgər Rusiya və Ukrayna arasında danışıqlarda atəşkəsə nail olunmasa, Ukrayna ordusunun zenit bölmələri raket ehtiyatını azaltmaq məcburiyyətində qalacaq.
Xatırladaq ki, aprelin sonunda ABŞ prezidenti Donald Tramp bildirmişdi ki, Vladimir Zelenski ondan Ukrayna qüvvələri üçün silah tədarükünü artırmağı xahiş edib. Tramp əlavə etmişdi ki, Kiyev rəhbəri artıq üç ildir daha çox silah tələb edir.