Tramp: Zelenskinin sözləri problem yaradır, o, susmalıdır– ÖZƏL

Olaylar.az xəbər verir ki, ABŞ-ın prezidenti Donald Tramp sosial şəbəkə hesabında Ukrayna prezidenti Vladimir Zelenskinin çıxışlarının problem yaratdığını bildirib və ona bu cür açıqlamalardan çəkinməyi tövsiyə edib.

"Onun dedikləri problemlərə səbəb olur. Bu xoşuma gəlmir, o, belə etməyi dayandırmalıdır", - deyə Tramp vurğulayıb.

Tramp əlavə edib ki, bu cür davranışlarla Zelenski Ukraynaya heç bir fayda vermir. O həmçinin qeyd edib ki, Rusiya bütün Ukraynanı işğal etməyi qarşısına məqsəd qoymayıb, çünki belə bir plan Rusiyanın dağılmasına səbəb ola bilərdi.

Xatırladaq ki, daha əvvəl dövlətə xəyanətdə ittiham olunan ukraynalı deputat Aleksandr Dubinski Zelenskini Ukraynanı məhv etməyə çalışmaqda günahlandırmışdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31