Ərəbistanda 73 illik qadağa götürülür: spirtli içki satılacaq
15:01 DünyaSəudiyyə Ərəbistanı 2026-cı ildən bəzi otellərdə və diplomatik ərazilərdə məhdud spirtli içki satışına icazə verəcək.
Olaylar.az yerli mediaya istinadla xəbər verir ki, yalnız pivə, şərab və sidr (alma şərabı) kimi yüngül içkilər veriləcək.
"2030 vizyonu" çərçivəsində həyata keçirilən bu addım turizmi canlandırmaq və ölkəni qlobal hadisələrə açmaq məqsədi daşıyır. Səlahiyyətlilər bu təcrübənin Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyn kimi Körfəz ölkələrində əldə edilən turizm uğurlarından ilham alaraq həyata keçirildiyini vurğulayıblar.
Qeyd edək ki, Ərəbistanda spirtli içki satışı 73 ildir qadağan edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31