Müharibənin uzanmasının səbəbkarı Moskvadır - Zelenski

Hər belə raket zərbəsi ilə dünya əmin olur ki, müharibənin uzanmasının səbəbkarı Moskvadır. Ukrayna dəfələrlə atəşkəs təklif edib - həm ümumi, həm də hava məkanında. Bütün bu təkliflər qulaqardına vurulub. Aydındır ki, nəticə əldə etmək və həqiqi diplomatiyaya başlamaq üçün Rusiyaya qarşı təzyiqlər daha ciddi olmalıdır.

Olaylar.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski 24 may gecəsi Rusiyanın ölkəyə qarşı həyata keçirdiyi kütləvi hücuma münasibət bildirərkən deyib.

Zelenski bildirib ki, komandası ABŞ-dan, Avropadan və bütün tərəfdaş ölkələrdən sanksiya addımları gözləyir.

Xatırladaq ki, Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin məlumatına görə, Rusiya bu gecə Ukraynaya 14 İsgəndər-M ballistik raketi və 250 kamikadze pilotsuz uçuş aparatı ilə hücum edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31