Türkiyə XİN rəhbəri Rusiyaya səfər edəcək
14:22 DünyaTürkiyənin xarici işlər naziri Hakan Fidan 26-27 may tarixlərində Rusiyaya səfər edəcək.
Olaylar.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
Türkiyə XİN-dən olan mənbələr bildiriiblər ki, Fidan Moskva səfəri çərçivəsində Rusiya lideri Vladimir Putinlə də görüşməyi planlaşdırır.
Bundan başqa, onun rusiyalı dövlət başçısının köməkçisi Vladimir Medinski, müdafiə naziri Andrey Belousov və digər yüksəkvəzifəli şəxslərlə görüşmək niyyətində olduğu deyilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31