İran nüvə müzakirələrini peşəkar və məntiqli hesab edir – Araqçi

İran İtaliyanın paytaxtı Roma şəhərində keçirilən nüvə proqramı üzrə İran və ABŞ arasında dolayı müzakirələrin 5-ci raundunu peşəkar və məntiqli hesab edir.

Olaylar.az-ın məlumatına görə, bunu İran xarici işlər naziri Seyid Abbas Araqçi İtaliya xarici işlər naziri Antonio Tayani ilə telefon söhbətində deyib.

Onun sözlərinə görə, ABŞ tərəfi üçün İranın prinsipial mövqeyini daha aydın dərkinin yaranması ilə hiss olunacaq irəliləyişlərin əldə ediləcəyinə ümid etmək olar.

Araqçi, həmçinin, Romada baş tutan 5-ci raund haqda italiyalı həmkarını məlumatlandırıb.

Telefon söhbətində İtaliya xarici işlər naziri Antonio Tayani də diplomatiya istiqamətində İranın məsuliyyətli strategiyasını alqışlayıb və İtaliyanın müzakirələrin nəticəyə çatması istiqamətində köməkliyini davam etdirməyə hazır olduğunu bildirib.

Qeyd edək ki, 12, 19, 26 aprel, 11 may və 23 may tarixlərində İran və ABŞ arasında İranın nüvə proqramı ilə əlaqədar dolayı müzakirələrin 5 raundu keçirilib. Dolayı müzakirələr Oman Krallığının xarici işlər naziri Seyid Bədr Əlbusəidinin vasitəçiliyi, İran nümayəndə heyətinə xarici işlər naziri Seyid Abbas Araqçi və ABŞ nümayəndə heyətinə ABŞ-nin Yaxın Şərq məsələləri üzrə xüsusi nümayəndəsi Stiv Uitkofun başçılığı ilə təşkil olunub. Müzakirələrin 1, 3 və 4-cü raundu Oman paytaxtı Məsqətdə, 2-ci və 5-ci raundu isə İtaliya paytaxtı Romada baş tutub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31