Zelenski və Putin arasında görüş planlaşdırılır

Kiyev Ukrayna və Rusiya prezidentləri Volodimir Zelenski və Vladimir Putinin mümkün görüşü üzərində işləyir.

Olaylar.az UNIAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri Andriy Sibiqa məlumat verib.

Onun sözlərinə görə, Ukrayna tərəfi ABŞ Prezidenti Donald Trampın da bu görüşdə iştirak etməsini arzulayır:

"Biz Prezident Trampın da buna qoşulmasını çox istərdik. Və biz həmişə israr edirik ki, mümkün gələcək danışıqlar masasında mütləq Avropa olmalıdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31