Rusiya-Ukrayna müharibəsi bu tarixdə bitəcək

Rusiya və Ukrayna arasında müharibə son mərhələsinə çatmaqdadır. 2025-ci ilin ortalarına qədər müvəqqəti atəşkəs mümkün görünür.

Olaylar.az bildirir ki,  bu barədə "JPMorgan Chase" Geosiyasi Mərkəzinin analitiklərinin araşdırmasında deyilir.

Qeyd edilir ki, münaqişə tərəflərin güzəştə getməyə hazır ola biləcəyi mərhələyə daxil olub.

Mütəxəssislərin fikrincə, indiki irəliləyiş tempi ilə Rusiya qüvvələrinə Ukraynanın bütün ərazisini ələ keçirmək üçün bir əsrdən çox (təxminən 118 il) vaxt lazımdır.

Məhz buna görə də, Rusiya Prezidenti Vladimir Putin ona strateji təsirini saxlamağa və uzunmüddətli məqsədini - Kiyev üzərində nəzarəti reallaşdırmaq şansını qoruyub saxlamağa imkan verəcək sövdələşmə ilə razılaşa bilər. (axar)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31