ABŞ Suriyaya qarşı sanksiyaları 180 gün müddətinə dayandırıb
10:00 DünyaABŞ elektrik, su və humanitar yardımın təmin edilməsi məqsədilə Suriyaya qarşı tətbiq edilən bəzi sanksiyaları müvəqqəti olaraq 180 gün müddətinə dayandırıb.
Olaylar.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio Dövlət Departamentinin yaydığı bəyanatda bildirib.
"Prezidentin Suriyada sanksiyaların yumşaldılmasına dair verdiyi vədə uyğun olaraq, mən 180 günlük sanksiyaların dayandırılması haqqında qərar imzaladım. Bu addım elektrik enerjisi, su və kanalizasiya sistemlərinin təminatına kömək edəcək, həmçinin bütün Suriyada daha effektiv humanitar yardım göstərilməsinə imkan verəcək", - bəyanatda qeyd olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31