ABŞ İranın nüvə proqramı ilə bağlı danışıqlarda ardıcıl siyasət yürütmür - Tehran
16:43 DünyaABŞ İranla aparılan danışıqlarda ardıcıl siyasət yürütmür və bu, nüvə proqramı ilə bağlı məsələnin nizamlanmasını çətinləşdirir.
Olaylar.az xəbər verir ki, belə bir bəyanatla İran XİN rəhbərinin müavini Məcid Taxt-Rəvançi çıxış edib.
"Amerikalıların danışıqlar aparmaq üsulu özünəməxsusdur. Onlar daima öz mövqelərini dəyişirlər. Prezident Tramp hərdən İranla saziş bağlamaq istədiklərini deyir, amma iki gün keçməmiş İrana hədə-qorxu gəlməyə başlayır. Onlara nə lazım olduğunu amerikalılar seçməlidirlər - münaqişə və ya saziş", - deyə nazir müavini "Der Spiegel" nəşrinə verdiyi müsahibədə bildirib.
Diplomatın sözlərinə görə, təxminən bir ay yarım əvvəl ABŞ İranın uranı 3,67% səviyyəsində zənginləşdirməsini təklif etmişdi. Lakin sonradan ABŞ prezidentinin xüsusi elçisi Stiven Uitkoff bəyan edib ki, Tehran, ümumiyyətlə, uranı zənginləşdirməkdən imtina etməlidir.