Rusiya bir həftədə 1548 ədəd PUA vurub - MN

Son bir həftə ərzində Rusiya hava hücumundan müdafiə sistemləri Ukrayna qüvvələrinin 1548 ədəd PUA-sını vurub.

Olaylar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, bir həftə ərzində hava hücumundan müdafiə sistemləri ABŞ istehsalı olan 30 ədəd JDAM idarəolunan aviabombasını, 12 ədəd HİMARS reaktiv buraxılış raketini, həmçinin 1548 ədəd təyyarə tipli Ukrayna PUA-sını vurub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31