Lavrov: Ukrayna münaqişəsinin ən sadə həll yolu… – ÖZƏL

Olaylar.az xəbər verir ki, Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib ki, Ukraynadakı münaqişənin həlli üçün ən sadə və effektiv yol Kiyevdən BMT Nizamnaməsini açıq şəkildə pozan qanunların ləğv edilməsinin tələb olunmasıdır.

"Bu mərhələdə qərbli həmkarlarımız üçün - xüsusilə də problemin həll yolları axtaranlar üçün - atıla biləcək ən sadə və təsirli addım, milli azlıqların hüquqları ilə bağlı konvensiyaları və BMT Nizamnaməsini kobud şəkildə pozan qanunların ləğv edilməsində israr etməkdir," - Lavrov Rusiyanın tarixi cənub torpaqlarına həsr olunmuş yüksək səviyyəli konfransda deyib.

Nazirin sözlərinə görə, bu, Avropanın mövqeyini sınaqdan keçirəcək: "Bütün avropalılar yox, amma əksəriyyəti - London, Paris, Berlin, Brüssel və Varşavanın başçılığı ilə - Ukraynada baş verənlərlə bağlı bir dəfə belə 'insan hüquqları' ifadəsini işlətməyib. Lakin söhbət Çin, Rusiya, İran, Venesuela və ya başqa ölkələrdən gedəndə insan hüquqlarına hörmət çağırışları ilə çıxış etməyə başlayırlar," - Lavrov vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31