Rusiya və Ukrayna 1000-ə qarşı 1000 əsir mübadiləsinə razılaşıb – ÖZƏL
14:50 DünyaABŞ Prezidenti Donald Tramp Rusiya və Ukrayna arasında genişmiqyaslı hərbi əsir mübadiləsinin baş tutacağını açıqlayıb.
Olaylar.az xəbər verir ki, onun sözlərinə görə, "əsas əsir mübadiləsi artıq razılaşdırılıb və yaxın vaxtlarda həyata keçiriləcək. Hər iki tərəfi bu danışıqlara görə təbrik edirəm. Bu, böyük bir irəliləyişə yol aça bilərmi?" - Tramp "Truth Social" hesabında bildirib.
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov TASS-a verdiyi açıqlamada Ukraynanın 1000-ə qarşı 1000 formatında əsir mübadiləsi üçün qarşı siyahı təqdim etdiyini təsdiqləyib. O, qeyd edib ki, Rusiya bu mübadilənin tezliklə həyata keçirilməsində maraqlıdır, lakin bu, mürəkkəb və intensiv prosesdir.
Xatırladaq ki, mayın 16-da İstanbulda Rusiya və Ukrayna nümayəndə heyətləri arasında ilk danışıqlar raundu keçirilib. Görüşdən sonra tərəflər 1000-ə qarşı 1000 formatında əsir mübadiləsi, mümkün atəşkəsin əsasları və növbəti danışıqlar barədə razılığa gəliblər. Rusiya nümayəndə heyətinin rəhbəri, prezidentin müşaviri Vladimir Medinski görüşün nəticələrindən razı qaldıqlarını bildirib.