Peskov: Aİ-də Macarıstana qarşı artan ziddiyyətlər var– ÖZƏL
14:21 DünyaOlaylar.az xəbər verir ki, Kreml sözçüsü Dmitri Peskov bildirib ki, Macarıstanın Avropa İttifaqı Şurasında səsvermə hüququndan məhrum edilməsi cəhdləri birlik daxilində artan ziddiyyətlərin göstəricisidir. Onun sözlərinə görə, Aİ daxilində müəyyən əsas siyasi xətt (meynstrim) var ki, bu da bir sıra ölkələrin - xüsusilə də müstəqil mövqe tərəfdarı olanların maraqlarına uyğun gəlmir.
Peskov qeyd edib ki, bu ziddiyyətlər fonunda gərginlik artır və bu hadisə həmin ziddiyyətlərin bir təzahürüdür.
Qeyd edək ki, 27 mayda Aİ Şurası Macarıstanın səsvermə hüququnun ləğv olunması ilə bağlı dinləmə keçirməyi planlaşdırır. Bu məsələ Aİ müqaviləsinin 7-ci maddəsi əsasında nəzərdən keçirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31