İran: “Sıfır zənginləşdirmə – razılaşma yoxdur” – ÖZƏL

Olaylar.az xəbər verir ki, Seyid Abbas Əraqçi yaydığı paylaşımda bildirib: "Razılaşmaya nail olmaq çətin məsələ deyil: sıfır nüvə silahı = razılaşma mümkündür. Sıfır uran zənginləşdirməsi = razılaşma mümkün deyil".

O, bu qısa paylaşımını ABŞ Prezidenti Co Baydenin Qərbi Asiya üzrə xüsusi nümayəndəsi Stiv Vitkofun rəhbərlik etdiyi amerikalı danışıqlar qrupuna ünvanlanan "Qərar verməyin vaxtıdır" çağırışı ilə tamamlayıb.

Digər tərəfdən, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai daha əvvəl bəyan edib ki, Oman vasitəçiliyi ilə İran və ABŞ arasında yeni danışıqlar raundunun keçirilməsi təklifi irəli sürülüb. Danışıqların 23 may cümə günü İtaliyanın paytaxtı Romada keçirilməsi planlaşdırılır və İran bu təklifi qəbul edib.

Bəqai qeyd edib ki, İran İslam Respublikasının danışıqlar heyəti ölkənin sülhməramlı nüvə enerjisi, xüsusilə də uranı zənginləşdirmək hüququnu qorumaqda qərarlıdır. O əlavə edib ki, İran bu istiqamətdə bütün mümkün səylərdən və təşəbbüslərdən çəkinməyəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31