Lavrov: Zelenskinin legitimliyi sənədlərin imzalanmasında həlledici olacaq– ÖZƏL
13:28 DünyaOlaylar.az xəbər verir ki, Rusiya Xarici İşlər naziri Sergey Lavrov bildirib ki, Ukrayna ilə sülhün tənzimlənməsi üzrə sənədlərin imzalanmasında prezident Vladimir Zelenskinin legitimliyi əsas rol oynayacaq.
Lavrovun sözlərinə görə, Moskva Zelenski və onun administrasiyası ilə münaqişənin nizamlanması prinsipləri barədə danışmağa hazırdır, lakin sənədlərin imzalanması zamanı məhz onun legitimliyi həlledici olacaq. Nazir qeyd edib ki, əgər sənədləri legitimliyi şübhə doğuran şəxslər imzalasa, gələcəkdə onların hüquqi qüvvəsi sual altına düşə bilər.
Bundan əvvəl Rusiya XİN vurğulamışdı ki, Ukrayna adından sənədləri yalnız xalqın etimadını və mandatını daşıyan şəxs imzalamalıdır.
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov isə bildirib ki, hələlik Rusiya və Ukrayna nümayəndələrinin növbəti görüşləri ilə bağlı konkret razılaşma yoxdur. Qeyd olunub ki, Kiyev danışıqlar qrupunun tərkibini dəyişmək istəyir və Peskov əlavə edib: danışıqlar prosesində hər bir detal önəmlidir.