İsveçdə milli təhlükə səviyyəsi aşağı salındı- ÖZƏL
13:06 Dünyaİsveç Təhlükəsizlik Xidməti (SAPO) ölkədəki ümumi vəziyyətdə tədrici dəyişiklikləri nəzərə alaraq milli təhlükə səviyyəsini bir pillə aşağı salıb. Olaylar.az xəbər verir ki, qurumun cümə günü verdiyi açıqlamada bildirilir ki, indiyədək "yüksək" səviyyədə qiymətləndirilən təhdid səviyyəsi "artırılmış" səviyyəyə endirilib.
"Radikal ekstremizm səbəbindən törədilə biləcək hücumlara dair təhdid son vaxtlar azalmaqdadır", - deyə SAPO-nun açıqlamasında qeyd olunub.
Xatırladaq ki, təhlükə səviyyəsi 2023-cü ildə İsveçdə Qurani-Kərim yandırılması hadisələrindən sonra artırılmışdı. Bu hadisələr bir çox müsəlman ölkəsində ciddi narazılığa səbəb olmuş və cihadçı qrupların təhdidləri ilə nəticələnmişdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31