Zurab Caparidzenin həbsi – Gürcüstan rejiminin ədalətə qarşı daha bir cinayətidir– ÖZƏL

Olaylar.az xəbər verir ki, Estoniya parlamentinin Xarici əlaqələr komitəsinin sədri Marko Mixelson, "Dəyişikliklər Uğrunda Koalisiya"nın lideri Zurab Caparidzenin həbsini "ədalət, demokratiya və hüququn aliliyinə qarşı daha bir cinayət" adlandırıb.

O, sosial şəbəkə platformasında yazıb ki, Gürcüstanda baş verənlərə beynəlxalq ictimaiyyət yalnız bəyanatlarla deyil, konkret sanksiyalarla cavab verməlidir: "Gürcüstanın müstəqillik günü ərəfəsində demokratik dövlətlər sözlərlə kifayətlənməməli, İvanişvili rejiminə qarşı sanksiyalar tətbiq etməli və azadlıqsevər gürcü xalqına dəstək verməlidirlər."

Deputat həmçinin bütün siyasi məhbuslara azadlıq çağırışı edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31