Gürcüstanda siyasi məhbusların sırasına Zurab Çaparidze də qoşuldu – ÖZƏL

Gürcüstanda siyasi məhbusların sayı artıb. "Dəyişikliklər Uğrunda Koalisiya"nın liderlərindən biri, tanınmış siyasətçi və vətənpərvər Zurab "Girçi" Çaparidze həbs edilib. 

Olaylar.az xəbər verir ki, bu barədə "Lelo - Güclü Gürcüstan" partiyasının liderlərindən biri Badri Caparidze sosial şəbəkədə paylaşım edib.

"Vicdan məhbuslarının sırasına Zurab Çaparidze də qoşulub - o, bu ölkənin azad, Avropayönlü və ədalətli gələcəyini istəyən görkəmli bir vətənpərvərdir. O, ədalətsizliyə boyun əymir və Konstitusiyanın pozulması ilə yaradılmış istintaq komissiyasını tanımır. Buna görə də, Zurab Çaparidze bu ədalətsizliyə qarşı prinsipial mövqeyini nümayiş etdirən qərar qəbul edib," - deyə Badri Caparidze bildirib.

O qeyd edib ki, məhkəmədə hakim Şvanqiradze Zurab Caparidzenin hüquqlarını kobud şəkildə pozub: "Bütün bunlar müvəqqətidir! Heç bir repressiya azadlıqsevər insanların ölkələrinin müstəqilliyini qorumaq əzmini sındıra bilməz. Zurab Caparidze də belə insanlardan biridir."

Qeyd edək ki, Zurab Caparidzeyə qarşı əvvəlki qətimkan tədbiri - 20 min lari girov dəyişdirilərək, həbs-qətimkan tədbiri seçilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31