İranla bağlı xəbərdarlıq edildi: Nüvə bombası əldə etsə...

"İran nüvə bombası əldə edərsə, onun Yaxın Şərqdəki bütün proksi qüvvələri Tehranın nüvə çətiri altında fəaliyyət göstərəcək".

Olaylar.az xəbər verir ki, bunu İsrailin ABŞ-dəki səfiri Yexiel Leyter deyib.

Diplomat "Fox News"a müsahibəsində Tehranın nüvə bombası əldə etməsinin İsrail üçün ekzistensial təhlükə yaradacağını vurğulayıb.

"ABŞ Prezidenti Donald Tramp və İsrail Baş naziri Benyamin Netanyahu İranın nüvə silahına malik olmasına icazə verilə bilməyəcəyini qəti şəkildə bəyan edib", - Leyter bildirib. (Teleqraf)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31