Vuçiç Putinlə niyə yan-yana dayandı, anlamıram... - Kallas
23 May 2025 10:56 DünyaAvropa Birliyi üzvlüyünə namizəd olan Serbiya strateji seçim qarşısındadır.
Olaylar.az xəbər verir ki, bunu Avropa diplomatiyasının rəhbəri Kaya Kallas deyib.
"Serbiya harada olmaq istədiyi ilə bağlı strateji, geostrateji seçim qarşısındadır. Serbiyanın Avropa gələcəyi onun dəstəkləyəcəyi dəyərlərdən asılıdır", - o bildirib.
Kallasın sözlərinə görə, o, Serbiya Prezidenti Aleksandr Vuçiçlə mayın 9-da Moskvaya səfərini də müzakirə edib:
"Öz aydın, dəqiq fikrimi bildirdim. Ukraynada bu dəhşətli müharibəni aparan adamla niyə yan-yana durmalıyıq, həqiqətən də anlamıram".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31