Vəziyyət olduqca mürəkkəbdir - Bolton

Potensial atəşkəs nəticəsində Ukrayna bölünmüş ölkə olacaq.

Olaylar.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Trampın keçmiş müşaviri Con Bolton deyib.

"Ukraynanın ümumiyyətlə atəşkəsə razılıq verməsindən həqiqətən narahatam, çünki bu baş verdikdən sonra uzun danışıqlar aparılarsa, atəşkəs xətti faktiki sərhədə çevriləcək və siz Ukraynanın maraqlarına uyğun olmayan bölünmüş ölkə əldə edəcəksiniz", - deyə Bolton bildirib.

Trampın keçmiş müşaviri hesab edir ki, Ukraynanın vəziyyəti mürəkkəbdir. Onun fikrincə, heç kim müharibənin davam etməsini istəmir. (Axar.az)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31